“Sumqayıt” FK Jeymes Almeyda ilə müqavilə imzalayıb

3 İyul 2026 22:58
82
“Sumqayıt” FK Jeymes Almeyda ilə müqavilə imzalayıb

2026/27-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçu keçidini reallaşdırıb.

İdman.Biz klubun mətbuat xidmətinə isyinadən bildirir ki, komanda Portuqaliyanın “Pasuş Fereyra” klubunda çıxış etmiş Jeymes Almeyda ilə 2+1 illik müqavilə imzalayıb.

25 yaşlı qapıçı “1” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında çıxış edib.

İdman.Biz