“Zirə” yeni qapıçı transfer edib

3 İyul 2026 20:37
69
“Zirə” yeni qapıçı transfer edib

“Zirə” yeni futbolçu ilə anlaşıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, komanda Hüseynəli Quliyevi heyətinə qatıb.

Qapıçı ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl “Sumqayıt”, “Səbail” və “İmişli” klublarında çıxış edib.

İdman.Biz