“Arsenal”ın baş məşqçisi hücum xəttindəki problemi açıqladı

Xəbərlər
9 Noyabr 2025 10:05
26
“Arsenal”ın baş məşqçisi hücum xəttindəki problemi açıqladı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın hücum xəttində ciddi itkilərin olduğunu deyib.

İdman.Biz xəbər verir ki, mütəxəssis son dövrdə heyət darlığının oyunlara təsir göstərdiyini vurğulayıb.

“Son iki ay ərzində ön xəttdə yeddi futbolçunu itirmişik. Bizə oyunçuların geri dönməsi lazımdır. Çətinliklərə rəğmən, komandanın ortaya qoyduğu işə böyük hörmət edirəm”, - deyə Arteta bildirib.

İdman.Biz

Məqalədə: