“Adidas” milli komandalar üçün yeni formaları təqdim etdi - FOTO

Xəbərlər
6 Noyabr 2025 15:15
29
“Adidas” milli komandalar üçün yeni formaları təqdim etdi - FOTO

“Adidas” şirkəti sosial şəbəkələrdə 2026–2027-ci illər üçün 22 milli komandanın yeni ev formalarını təqdim edib.

İdman.Biz xəbər verir ki, bu formaların bəziləri 2026-cı ildə ABŞ və Meksikada keçiriləcək dünya çempionatında istifadə olunacaq.

Yeni forma dəstlərini alan yığmalar bunlardır:
İtaliya, Argentina, İspaniya, Almaniya, Yaponiya, Belçika, Peru, Səudiyyə Ərəbistanı, Əlcəzair, İsveç, Qətər, Şotlandiya, Venesuela, Macarıstan, Şimali İrlandiya, Kosta-Rika, BƏƏ, Kolumbiya, Meksika, Çili, Ukrayna və Uels.

“Tanınmağa ehtiyacı olmayan kolleksiyanı təqdim edirik. 22 forma. 3 zolaq. Sonsuz gözəl oyunlar”, - deyə “Adidas” təqdimat zamanı belə bir ifadə paylaşıb.

İdman.Biz