Messi dörd oyun ardıcıl qol vursa da, komandası pley-offu keçə bilməyib - VİDEO

Xəbərlər
2 Noyabr 2025 09:44
41
Messi dörd oyun ardıcıl qol vursa da, komandası pley-offu keçə bilməyib - VİDEO

Argentina ulduzu Lionel Messi MLS pley-offunun 1/8 final mərhələsinin cavab oyununda yenidən fərqlənib.

İdman.Biz xəbər verir ki, forvard 90-cı dəqiqədə Rodriqo De Paulun ötürməsindən sonra qapını dəqiq nişan alıb.

Lakin bu qol komandasını xilas etməyib. “Neşvill” ilk hissədə iki dəfə fərqlənərək üstünlüyü ələ alıb - Sarric və Bauerin qolları sayəsində qonaqlar 2:1 hesabı ilə qalib gəliblər. Bununla da iki qələbəyə qədər davam edən seriyada hesab 1:1-lə bərabərləşib. Qalibi müəyyənləşdirəcək üçüncü qarşılaşma noyabrın 8-də keçiriləcək.

Qeyd edək ki, bu oyun Messi üçün ardıcıl dördüncü məhsuldar matç olub. O, son dörd görüşdə “İnter Mayami”nin heyətində 8 qol vurmağı bacarıb.

İdman.Biz