Xankəndidə məktəblilər arasında minifutbol turniri keçirilib - FOTO

4 Fevral 2026 14:18
83
Xankəndidə məktəblilər arasında minifutbol turniri keçirilib - FOTO

Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin minifutbol meydançasında Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş məktəblilər arasında minifutbol üzrə rayon turniri keçirilib.

İdman.Biz xəbər verir ki, turnir gənclər arasında sağlam həyat tərzinin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədi daşıyıb.

Yarışda ümumilikdə beş komandadan 40 nəfər məktəbli iştirak edib. Komanda üzvləri yüksək idman əzmi nümayiş etdirərək maraqlı oyunlar təqdim ediblər.

Qalib komandalar diplom və medallarla mükafatlandırılıb.

İdman.Biz
Məqalədə: