“Cəbrayıl” ilə yollarını ayıran Asif Məmmədovun karyerasını harada davam etdirəcəyi bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.
İkinci Liqada mübarizə aparan “Xankəndi” müdafiəçini heyətinə cəlb edib.
Qeyd edək ki, klub futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
