Kərim Rossi “Qəbələ”yə keçib

9 İyul 2026 21:59
107
Kərim Rossi “Qəbələ”yə keçib

“Qəbələ” klubu daha bir transferini reallaşdırıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Kərim Rossini heyətinə qatıb.

Kərim Rossi ötən mövsümü “Şamaxı”nın heyətində keçirib.

32 yaşlı hücumçu “Şamaxı”da 10 qol vurub.

Qeyd edək ki, “Qəbələ” bunadək Kouya Mabena və Natan Monzanqonu heyətinə cəlb edib.

İdman.Biz