“Qarabağ” Avropa Liqasında yubiley oyununu keçirib

10 İyul 2026 00:05
85
“Qarabağ” Avropa Liqasında yubiley oyununu keçirib

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda İslandiyanın “Vestri” klubuna 3:0 hesabı ilə qalib gəlib.

İdman.Biz bildirir ki, bu, Ağdam klubunun Avropa Liqasında 110-cu oyunu olub.

Komanda bu oyunlarda 38 qələbə qazanıb. 23 matç bərabərliklə bitib. 49 oyunda isə ağdamlılar məğlub olublar.

Topların fərqi 127:158-dir.

Ümumilikdə “Qarabağ” avrokuboklarda 207 matç keçirib.

İdman.Biz