“İmişli” azərbaycanlı gənc futbolçunu transfer edib

4 Fevral 2026 15:46
72
“İmişli” azərbaycanlı gənc futbolçunu transfer edib

“İmişli” heyətini gənc və perspektivli azərbaycanlı futbolçu Nazim Hüseynov ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “İmişli” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, 18 yaşlı sol cinah hücumçusu ilə 2 il 6 aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, Nazim Hüseynov son olaraq “Qəbələ”nin formasını geyinib.

İdman.Biz