İspaniya Futbol Federasiyası “Barselona”nın baş məşqçisi Hansi Flikə göstərilən qırmızı vərəqə ilə bağlı apellyasiya şikayətini rədd edib.
İdman.Biz xəbər verir ki, bu səbəbdən alman mütəxəssisin bir oyunluq cəzası qüvvədə qalıb.
Hansi Flik qarşıdakı ən vacib matçda - “Real"la “El-Klasiko” görüşündə texniki zonada - ehtiyat oyunçular skamyasında əyləşə bilməyəcək.
Qeyd edək ki, “Barselona”nın baş məşqçisi İspaniya çempionatının IX turunun “Jirona” ilə oyununda (2:1) qırmızı vərəqə alıb.