Ağasəlim Mircavadov: “Neftçi”nin oyunu xoşuma gəldi”

Xəbərlər
20 Oktyabr 2025 18:21
37
Ağasəlim Mircavadov: “Neftçi”nin oyunu xoşuma gəldi”

“Neftçi”nin oyunu xoşuma gəldi. Baş məşqçi yavaş-yavaş heyəti təkminləşdirir”.

Bu sözləri sport24.az-a açıqlanmasında Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 8-ci turunda keçirilən “Neftçi” - “Araz-Naxçıvan” matçını şərh edib:

“Müdafiədə boşluqlar oldu. Hansı mövqedə zəiflik var idisə, ora futbolçu alınıb. Onlardan istifadə etmək lazımdır. İndiki halda qələbə ruhu komandaya qayıtmalıdır. Hazırda işıq ucu görünür. Hücuma qoşulanda müdafiə ilə hücum arasında boşluq var. İndiki halda əsas problem qələbəsizlikdir. Vinsen Abubakar da gəldi. Uzun müddətdir klubsuzdur. Oyununu izləmişik, keyfiyyətli futbolçudur. Xeyli müddətdir onunla danışıq gedirdi. “Neftçi”yə hazır oyunçu lazımdır. Qol epizodları çoxdur, az istifadə olunur. Əsas müdafiəyə fikir vermək lazımdır. Çox səhv olur. 3-4 tur bir yerdə oynasalar da, o demək deyil ki, hər şey hazırdır”.

Qeyd edək ki, “Neftçi” - “Araz-Naxçıvan” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz