Əfran İsmayılov: “Qarabağ”ın Bilbaodan ən azı bir xalla qayıdacağına inanıram”

Xəbərlər
20 Oktyabr 2025 14:06
38
Əfran İsmayılov: “Qarabağ”ın Bilbaodan ən azı bir xalla qayıdacağına inanıram”

“Hazırda Azərbaycan futbolunun yükünü bu klub daşıyır. Dualarımız onlarladır”.

Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq vingeri Əfran İsmayılovla fanat.az-a İspaniyadakı qarşılaşma ilə bağlı açıqlaması zamanı deyib.

O qeyd edib ki, bu komandanın belə mübarizə aparması Azərbaycan və azərbaycanlılar adına qürurvericidir:

“Qarabağ”dan çox şey gözləyiəm. Azərbaycan təmsilçisi artıq yeni inkişaf mərhələsinə çatıb. Ağdam təmsilçisi gözlədiyimizdən də böyük işlər gördüyünü sübut edib və etməkdədir. Razılaşaq ki, “Benfika” ilə matçda komandamızdan heç birimiz belə performans gözləmirdik. “Qarabağ”ın 0:2 hesabı ilə uduzduğu oyunu çevirməsi hər birimizi sevindirdisə, “Kopenhagen” üzərində qələbə o nəticənin təsadüfi olmadığını isbatladı. “Qarabağ” hamımızın qürur mənbəyidir. Əlbəttə, “Atletik” İspaniyanın tanınmış komandalarından biridir. Rəqibin səviyyəsi barədə uzun danışmağa ehtiyac yoxdur. Amma “Qarabağ” sərhədləri aşdığına və bu komandanın Qurban Qurbanov kimi super baş məşqçisi olduğuna görə ümidim böyükdür. Hazırda Azərbaycan futbolunun yükünü bu klub daşıyır. Dualarımız onlarladır. “Qarabağ”ın Bilbaodan ən azı bir xalla qayıdacağına inanıram. Qurban müəllimin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirsələr, ələ düşən fürsətlərdən faydalansalar, evə xal və xallarla qayıda, yenə hamımızı sevindirə bilərlər”.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək “Atletik” - “Qarabağ” matçının start fiti Bakı vaxtı ilə 20:45-də səsləndiriləcək.

İdman.Biz