Azərbaycan millisinin heyətində sıradan çıxan “Araz-Naxçıvan” klubunun futbolçusu Rahil Məmmədovun zədəsi ciddidir.
İdman.Biz “Report”a istinadən xəbər verir ki , 29 yaşlı müdafiəçinin qasıq nahiyəsində problem aşkarlanıb.
Onun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı tibbi müayinələrdən sonra bəlli olacaq. R.Məmmədov böyük ehtimalla 2025-ci ilin sonunadək meydana çıxa bilməyəcək.
O, Ukrayna millisinə qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunundan əvvəl, məşq zamanı zədələnib.
Qeyd edək ki, Polşanın Krakov şəhərində keçirilmiş Ukrayna - Azərbaycan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.