“Çox ağır final idi. İki qol buraxdıq, lakin sonradan özümüzü toplayıb geridönüş edə bildik”.
İdman.biz bildirir ki, bu sözləri III MDB Oyunlarının qalibi olan Rusiyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Valentin Qavva Azərbaycanl final oyunundan sonra deyib.
Oyun 3:2 hesabı ilə Rusiyanın xeyrinə bitib.
“Çətin matç alındı. Azərbaycan yığması yaxşı mübarizə apardı. Fikrimcə, finala yaraşan görüş oldu. Qələbə qazandığımız üçün çox sevincliyəm. Bu turnir bizim üçün yaxşı sınaq oldu. Düşünürəm ki, futbolçularımız da özlərini yaxşı tərəfdən göstərə bildilər. Komandamdan razıyam”, - Qavva bildirib.