Keçmiş futbolçu, hazırda futbol eksperti kimi tanınan Tyerri Anri 2026-cı ildə “Qızıl top”u qazanacaq futbolçu barədə proqnoz verib.
İdman.biz “CBS Sports”a istinadla xəbər verir ki, Anriyə görə, Kilian Mbappe bu mükafatın əsas namizədidir.
“Bu mövsüm göstərdiyi oyunla Mbappe bunu bacarar. Özünə inamı artıb, arıqlayıb, sürətini bərpa edib və daha çevik olub. O, klassik “doqquz nömrə” deyil, amma məhsuldarlığı hücumçu səviyyəsindədir. Məhz bu amillər onun yeni bacarıqlarını görməyə imkan verdi”, - deyə Anri bildirib.
Qeyd edək ki, 2025-ci ildə “Qızıl top” mükafatını PSJ-nin vingeri Usman Dembele qazanıb.