“Qarabağ”ın möhtəşəm qolu Avropada həftənin ən yaxşısı seçildi - VİDEO

Xəbərlər
3 Oktyabr 2025 10:15
125
“Qarabağ”ın möhtəşəm qolu Avropada həftənin ən yaxşısı seçildi - VİDEO

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin vurduğu qol UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib.

İdman.biz xəbər verir ki, bu seçim UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşib.

24 yaşlı hücumçu Bakıda II turun matçında Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı qol sevinci yaşayıb. Forvard komandasının ikinci qolunu vurub.

Addaidən başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Holan, “Monako”dan Cordan Teze və Niderlandın PSV komandası tərəfindən İsmael Saibari də namizədlər sırasındaydı.

Qeyd edək ki, oktyabrın 1-də baş tutan matçda “Qarabağ” “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib.

İdman.biz