Dünya kubokunda iştirak edəcək Azərbaycan qılıncoynadanlarının adları bəlli olub

Xəbərlər
7 Noyabr 2023 16:11
286
Dünya kubokunda iştirak edəcək Azərbaycan qılıncoynadanlarının adları bəlli olub

Dünya Kubokunda iştirak edəcək Azərbaycan qılıncoynadanlarının adları açıqlanıb.

İdman.biz xəbər verir ki, yığmamız yarışda 6 idmançı ilə təmsil olunacaq.

Şpaqa üzrə İsveçrədə baş tutacaq yarışda Ruslan Həsənov mübarizə aparacaq. Əlcəzairdə sablyaçıların yarışında isə Azərbaycanın 5 qılıncoynadanı - Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç, Zərifə Hüseynova və Sevil Bünyatova qüvvəsini sınayacaq.

Qeyd edək ki, hər 2 ölkədə Dünya Kuboku noyabrın 8-də başlayacaq və 5 gün davam edəcək.

Emin Ağa

İdman.biz