Ən yaxşı nəticə - 11-ci yer - FOTO

Xəbərlər
29 Yanvar 2024 17:13
Ən yaxşı nəticə - 11-ci yer - FOTO

Azərbaycanın yeniyetmə sablyaçıları Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Riposta Cup” turnirində çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, oğlanların şəxsi yarışında ən yaxşı göstəriciyə Nahid Məmmədli imza atıb.

O, 150-dən çox iştirakçı arasında 11-ci olub. Timur Husnaddinov, Abbas Hüseynov və Rəsul Əliyev isə ümumi sıralamada ilk “50-lik”də yer almağı bacarıb.

Qız sablyaçıların şəxsi yarışında 140 iştirakçı arasında iki qılıncoynadanımız ilk “20-liy”ə düşüb. Valentina Zeynalova 16-cı, Züleyxa Sultanlı isə 19-cu olub.

Qızların komanda yarışında Valentina Zeynalova, Leyla Əhmədova, Fərəh Abasova və Züleyxa Sultanlıdan ibarət yığmamız ilk görüşündə Bolqarıstanı 45:18 hesabı ilə məğlub edib. Növbəti görüşdə Rumıniya yığmasına 45:32 hesabı ilə qalib gələn təmsilçimiz finala yüksəlmək uğrunda keçirilən görüşdə Böyük Britaniya komandasına 28:45 hesabı ilə uduzub.

Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət komandamız isə sıralamada beşinci olub.

İlk görüşündə Bolqarıstan yığmasına 45:39 hesabı ilə qalib gələn qılıncoynadanlarımız yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rumıniyaya 44:45 hesabı ilə məğlub olub.

İdman.biz

Məqalədə: