Anna Başta: “Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmağı hədəfləmişik”

Xəbərlər
24 Dekabr 2023 12:07
216
Anna Başta: “Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmağı hədəfləmişik”

“Təsnifat mərhələsində əsas rəqib İtaliyadır. Ümid edirəm, onları məğlub edib, Olimpiadaya lisenziya qazanacağıq”.

İdman.biz xəbər verir ki, bunu qılıncoynatmanın sablya növü üzrə Azərbaycan yığmasının lideri Anna Başta deyib.

Təcrübəli sablyaçı Avropa Təsnifat Turnirində komandanın məqsədlərindən danışıb. Başta İtaliya komandanın gücünü vurğulayaraq, gənclərdən ibarət yığmamızı çətin sınaq gözlədiyini bildirib: “20 ildir qılıncoynatma ilə məşğulam və İtaliya yığması həmişə favoritlərdən sayılıb. Onlar daima Top-4-də yer alıblar. Bizim gənc, amma yaxşı idmançılardan ibarət heyətimiz var. Beynəlxalq arenada son 3-4 ildə təcrübə toplamışıq. Rəqiblərimiz reytinq cədvəlində bizdən yuxarıda qərarlaşıblar. Bu, 1-2 yarışlıq reytinq fərqidir. Amma bu amil bizi ruhdan salmır. Təsnifat turnirində uğurlu çıxış edib, Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağı hədəfləmişik”.

Qeyd edək ki, Avropa Təsnifat mərhələsində reytinq cədvəlində 5-16-cı pillələrdə qərarlaşan komandalar yeganə vəsiqə uğrunda yarışacaqlar. Azərbaycan yığması cədvəldə 8-ci pilləni tutur.

İdman.biz

Məqalədə: