Anna Başta reytinq cədvəlində 16-cı olub

Xəbərlər
12 Dekabr 2023 18:52
164
Anna Başta reytinq cədvəlində 16-cı olub

Beynəlxalq Qılıncoynatma Federasiyası aylıq reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan qılıncoynadanları arasında ən yaxşı göstərici Anna Baştaya məxsusdur.

Sablya növündə yarışan idmançı 81 xalla 16-cı pillədə qərarlaşıb. Səbinə Kərimova 43-cü, Palina Kaspiaroviç 58-ci, Valeriya Bolşakova 72-ci pillədə yer alıblar.

Qeyd edək ki, reytinq cədvəlinə fransalı Sara Balzer (239 xal) başçılıq edir. Yunan Teodora Qkuntura (214) ikinci, yapon Misaku Emura (203) isə üçüncü yeri tutur.

İdman.biz