Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri məlum olub - FOTO

2 Avqust 2026 14:33
100
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri məlum olub - FOTO

Bakıda həvəskar velosipedçilər arasında keçirilən Federasiya Kuboku yarışının qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi yarış Veloparkda baş tutub. Turnirdə 50-yə yaxın velosipedçi üç yaş kateqoriyası üzrə mübarizə aparıb.

35-49 yaşlı kişilər arasında 34 km məsafəyə yarışda Məhəmməd Ələkbərov qalib gəlib. Ziyad Vəliyev ikinci, Nəbi Abbasov isə üçüncü yeri tutub.

50 yaşdan yuxarı kişilərin 17 km məsafəyə mübarizəsində Etibar Həsənov finiş xəttini birinci keçib. Yusif Nəcəfov ikinci, Fizuli İsmayılov üçüncü olub.

Qadınlar arasında 17 km məsafəyə yarışda Natalya Vallek bütün rəqiblərini qabaqlayıb. Yelena Dubentsova ikinci, Ülfət Nəzərli isə üçüncü pillədə qərarlaşıb.

Fərqlənən iştirakçılara mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov və federasiyanın idman direktoru Vladimir Buşanski təqdim ediblər.

İdman.Biz