Velosiped idmanının trek növü üzrə gənc oğlanlar arasında keçirilən Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
İdman.Biz Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Respublika Velotrekində təşkil olunan yarışda 2008-2009-cu il təvəllüdlü oğlanlar iştirak ediblər. İdmançılar fərdi ötüşmə, çıxmaqla qrup ötüşməsi, omnium və sprint növlərində qüvvələrini sınayıblar.
Fərdi ötüşmə, 3 km:
Birinci yer: Nihad Xudoyev, ROEQİUGVM
İkinci yer: Çingiz İsayev, ROEQİUGVM
Üçüncü yer: Rəhim Nağıyev, ROEQİUGVM
Çıxmaqla qrup ötüşməsi:
Birinci yer: Əli Baxşıyev, ROEQİUGVM
İkinci yer: Nicat Şükürzadə, ROEQİUGVM
Üçüncü yer: Həsən Zeynalov, ROEQİUGVM
Omnium:
Birinci yer: Nihad Xudoyev, ROEQİUGVM
İkinci yer: Rəhim Nağıyev, ROEQİUGVM
Üçüncü yer: Murad Nadirov, “Təhsil”
Sprint:
Birinci yer: Çingiz İsayev, ROEQİUGVM
İkinci yer: Murad Nadirov, “Təhsil”
Üçüncü yer: Əli Baxşıyev, ROEQİUGVM
