Elgün Əlizadə İsveçrədə beynəlxalq kursu bitirdi - FOTO

20 May 2026 13:14
132
Elgün Əlizadə İsveçrədə beynəlxalq kursu bitirdi - FOTO

Velosiped idmanı üzrə Azərbaycan Velosiped İdmanı Federasiyasının məşqçisi Elgün Əlizadə İsveçrənin Eqle şəhərində keçirilən “UCI Level 2” məşqçilik kursunu uğurla başa vurub.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə təşkil olunan proqram azərbaycanlı mütəxəssis üçün mühüm təcrübə olub.

Kurs müddətində Elgün Əlizadə nəzəri və praktiki biliklərini beynəlxalq səviyyədə artırıb. O, fiziologiya, psixologiya, qidalanma və performans analizi üzrə dərslərdə iştirak edib.

Azərbaycanlı məşqçi bununla yanaşı, velosipedlərin texniki baxışı və mexaniki biliklər istiqamətində də bacarıqlarını təkmilləşdirib. Proqramı uğurla tamamlayan Əlizadə müvafiq sertifikatla təltif olunub.

İdman.Biz