“Bakı-Xankəndi” veloyürüşünün son mərhələsinin qalibi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO

14 May 2026 13:02
887
“Bakı-Xankəndi” veloyürüşünün son mərhələsinin qalibi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının sonuncu mərhələsinin qalibi bəlli olub.

İdman.Biz xəbər verir ki, beşinci etapda velosipedçilər Tərtər-Xankəndi marşrutu üzrə yarışıblar.

Bu mərhələnin qalibi İspaniyanın "Burqos" komandasının üzvü yeni zellandiyalı Coş Barnett olub. O, məsafəni 4 saat 16 dəqiqə 35 saniyəyə başa vurub. "Astana"dan Henok Mulubrhana ikinci, "Burqos"un digər üzvü, uruqvaylı Erik Antonio Faqundes üçüncü yeri tutub.

Qeyd edək ki, veloyürüşün Gəncə - Göygöl - Goranboy - Ağdərə (Suqovuşan və Talış kəndləri) - Naftalan marşrutu üzrə dördüncü mərhələsinin qalibi İtaliyanın "Bardiani CSF 7 Saber" komandasının 25 yaşlı velosipedçisi Marco Manenti olub. Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

08:40

Bu gün “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının sonuncu - beşinci mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, beşinci etapda velosipedçilər Tərtər-Xankəndi marşrutu üzrə yarışacaqlar.

Veloyürüşün dörd mərhələsindən sonra ümumi təsnifatda liderliyi Qazaxıstanın “XDS Astana” komandasının üzvü Yevgeni Fyodorov qoruyub saxlayıb.

Qeyd edək ki, veloyürüşün Gəncə - Göygöl - Goranboy - Ağdərə (Suqovuşan və Talış kəndləri) - Naftalan marşrutu üzrə dördüncü mərhələsinin qalibi İtaliyanın "Bardiani CSF 7 Saber" komandasının 25 yaşlı velosipedçisi Marco Manenti olub. Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Araz Xəlilli

İdman.Biz