“Bakı-Xankəndi” veloyürüşünün dördüncü mərhələsinin qalibi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO

13 May 2026 12:56
929
“Bakı-Xankəndi” veloyürüşünün dördüncü mərhələsinin qalibi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibləri bəlli olub.

İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə 09:35-də start verilən veloyürüş Gəncə - Göygöl - Goranboy - Ağdərə (Suqovuşan və Talış kəndləri) - Naftalan marşrutu üzrə 152,8 kilometr məsafəni əhatə edib.

Dördüncü mərhələdə finiş xəttini İtaliyanın "Bardiani CSF 7 Saber" komandasının 25 yaşlı velosipedçisi Marco Manenti birinci keçib. "Astana"dan Henok Mulubrhan ikinci, Ekvadorun "Roojai İnsurance Winspace" komandasının üzvü Pita Kristian David isə üçüncü yeri tutub.

Daha sonra dördüncü mərhələnin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Qeyd edək ki, veloyürüşün Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

09:35

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə 09:35-də start verilən veloyürüşdə velosipedçilər Gəncə - Göygöl - Goranboy - Ağdərə (Suqovuşan və Talış kəndləri) - Naftalan marşrutu üzrə hərəkət edərək 152,8 kilometr məsafədə yarışacaqlar.

08:30

Bu gün “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, dördüncü etapda velosipedçilər Gəncə - Göygöl - Goranboy - Ağdərə (Suqovuşan və Talış kəndləri) - Naftalan marşrutu üzrə hərəkət edərək 152,8 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, veloyürüşün Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Araz Xəlilli

İdman.Biz