“Qarşıda bizi iki ağır mərhələ gözləyir”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Bakı-Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin qalibi, Qazaxıstanın “XDS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu səbəbdən gücə qənaət etməyə çalışıblar ki, digər komandalar daha çox işləsin:
“Bu gün axşam növbəti mərhələlərlə bağlı bizə təlimatlar veriləcək. Biz gücümüzə qənaət etdik. Əgər əsas gücümüzü sərf etsək, hamı üçün çox çətin olacaq”.
Qeyd edək ki, veloyürüşün Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.
Araz Xəlilli
