“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibləri bəlli olub.
İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə 9:20-də Qəbələ şəhərindən start götürən veloyürüş Mingəçevirə qədər uzanan 162,9 kilometrlik marşrutu əhatə edib.
Mingəçevirdəki finiş xəttini Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa birinci keçib. O, məsafəni 3 saat, 26 dəqiqə, 43 saniyəyə qət edib. Belçikalı Dyupon Timoti ("Tarteletto-İsorex") ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.
Qeyd edək ki, veloyürüşün Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi "Astana" komandasının qazaxıstanlı üzvü Yevgeniy Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.
View this post on Instagram
09:21
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinə start verilib.
İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə 9:20-də start verilən veloyürüşdə velosipedçilər Qəbələ şəhərindən Mingəçevirə qədər uzanan 162,9 kilometrlik marşrut üzrə yarışacaqlar.
08:30
Bu gün “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, üçüncü etapda velosipedçilər Qəbələ şəhərindən start götürməklə Mingəçevir şəhərinə qədər 162,9 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, veloyürüşün Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.
Araz Xəlilli








