Nofəl Nuriyev: “Növbəti mərhələlərdə əlimizdən gələni edəcəyik” - VİDEO

10 May 2026 15:38
192
Nofəl Nuriyev: “Növbəti mərhələlərdə əlimizdən gələni edəcəyik” - VİDEO

“Gələcək mərhələlərdə əlimizdən gələni edəcəyik”.

Bunu "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışında Azərbaycanı təmsil edən velosipedçi Nofəl Nuriyev İdman.Biz-ə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan təmsilçisi Şahin Eyvazov yarışın böyük hissəsində ön sıralarda yer alsa da, son kilometrlərdə rəqiblər ona çata biliblər:

“Finişə 3-4 kilometr qalmış Şahin Eyvazov ön qrupda irəliləyirdi. O, əlindən gələni etsə də, yarışın sonlarına yaxın digər velosipedçilər ona çatdılar. Finişə 1 kilometr qalmış isə qəza baş verdi. Həmin hadisə olmasaydı, nəticə daha yaxşı ola bilərdi. Qəza səbəbindən bir qədər geridə qaldı. Gələcək mərhələlərdə əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Sea Breeze”dən başlayıb, Sumqayıtda başa çatan veloturun ilk mərhələsinin qalibi Çinin “Li-ning star” komandasını təmsil edən belaruslu Aleksey Şnilko olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Araz Xəlilli

İdman.Biz