Roland Hofer: “Yarış yüksək səviyyədə təşkil olunub”

9 May 2026 14:19
151
Roland Hofer: “Yarış yüksək səviyyədə təşkil olunub”

“Starta tam hazırıq”.

İdman.Biz xəbər verir ki, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru Roland Hofer mətbuat konfransında bildirib.

O, yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb

“Xoşbəxtəm ki, yenidən qayıtmışıq və 2.1 kateqoriyasında yarış keçirəcəyik. Komandalar dörd fərqli qitəni əhatə edir. 20 ölkədən 24 komanda yarışacaq. Həm sağ velosibedlərin, həm də sürətli velosipedlərin mübarizəsini izləyəcəyik. Sprint yarışları keçiriləcək. Starta tam hazırıq. Startdan öncə komandaların təqdimatı olacaq”.

Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. Beş gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.

Araz Xəlilli

İdman.Biz