Velosipedçimiz Musa Mikayılzadə beynəlxalq yarışda dördüncü oldu - FOTO

29 Aprel 2026 02:10
375
Velosipedçimiz Musa Mikayılzadə beynəlxalq yarışda dördüncü oldu - FOTO

Şose velosipedi üzrə Azərbaycan milli komandası Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında mübarizə aparır. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı iki mərhələli yarışında ölkəmizi məşqçi Elçin Əsədovun rəhbərliyi altında altı idmançı təmsil edir.

İdman.Biz xəbər verir ki, yarışın birinci mərhələsində velosipedçimiz Musa Mikayılzadə uğurlu çıxışla yadda qalıb. O, ağır dağ marşrutu üzrə 146 km məsafəni 3 saat, 27 dəqiqə, 55 saniyəyə qət edərək, 87 iştirakçı arasında dördüncü pillədə qərarlaşıb. Yarışın ikinci mərhələsində idmançıları 163 km-lik məsafə gözləyir.

Qeyd edək ki, Musa Mikayılzadə bir neçə gün əvvəl Özbəkistanda keçirilən digər nüfuzlu yarışda - “Grand Prix Fergana”da ümumi təsnifatda beşinci yeri tutaraq 15 reytinq xalı qazanıb. Cari yarış komandamız üçün 10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq xarakteri daşıyır.

İdman.Biz