Emin Ağalarov Daşkənddə velosiped yığmamızla görüşdü - VİDEO

24 Aprel 2026 22:14
129
Emin Ağalarov Daşkənddə velosiped yığmamızla görüşdü - VİDEO

Azərbaycanın şose velosipedi üzrə Elit/U23 yığma komandasının üzvləri Özbəkistanın paytaxtı Daşkənddə tanınmış iş adamı, “Sea Breeze Resort”un təsisçisi Emin Ağalarovla görüşüblər. 10-14 may tarixlərində keçiriləcək tarixi “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışına hazırlıq məqsədilə bu ölkədə təlim-məşq toplanışında olan idmançılarımızla görüşən iş adamı onlara mühüm mesajlar verib.

İdman.Biz xəbər verir ki, məşqdən qayıdan yığma komandamızın üzvləri ilə söhbət edən Emin Ağalarov onlara qarşıdakı mötəbər turnirdə uğurlar arzulayıb. O, “Bakı-Xankəndi” yarışının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edərək, bu layihənin Azərbaycanın beynəlxalq təbliğinə böyük töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, Emin Ağalarovun rəhbərlik etdiyi “Sea Breeze Resort” istirahət mərkəzi bu tarixi yarışın əsas tərəfdaşlarından və sponsorlarından biridir.

İdman.Biz