Velosipedçimiz Almatıda bürünc medal qazandı - FOTO/VİDEO

8 Aprel 2026 11:45
156
Velosipedçimiz Almatıda bürünc medal qazandı - FOTO/VİDEO

Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən “Road Race 2026” yarışında bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Almatı şəhərində təşkil olunan və 130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 km məsafəyə fərdi ötüşmə növündə çıxış edib.

İdman.Biz