Dağ velosipedi üzrə ölkə kubokunun üçüncü mərhələsi keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarış oktyabrın 11-də Xocasən Dağ Velosipedi Parkında təşkil olunacaq.
Start saat 11:00-da veriləcək.
Yarışda elit, U-23 və gənclər kateqoriyalarında iştirakçılar beş dairə, yeniyetmə oğlanlar (2010-2011-ci il təvəllüdlü) dörd dairə, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr isə üç dairə qət edəcəklər.
Elit, U-23 və gənclər kateqoriyalarında hər dairənin uzunluğu 2,7 km, 2010-2011-ci il təvəllüdlü yeniyetmələr üçün 2,7 km, 2012-2013-cü il təvəllüdlü iştirakçılar üçün isə 1,8 km təşkil edir.
Qeyd edək ki, son qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq.
