Respublika Velotrekində məşqçilər üçün “Təhlükəsiz idman” mövzusunda təlim keçirilib - FOTO

23 Sentyabr 2026 17:52
79
Respublika Velotrekində məşqçilər üçün “Təhlükəsiz idman” mövzusunda təlim keçirilib - FOTO

Respublika Velotrekində məşqçilər üçün “Təhlükəsiz idman” mövzusunda təlim keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Təlimi təhlükəsiz idman üzrə məsul şəxs Vüsal Baloğlanov keçib.

Tədbirdə məşqçilərə müxtəlif suallar ünvanlanıb, idman mühitində qarşılaşa biləcək situasiyalar üzrə praktiki tapşırıqlar təqdim olunub.

İştirakçılar real vəziyyətlərin necə qiymətləndirilməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparıblar.

İdman.Biz