Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında şose velosipedi üzrə yarışlara yekun vurulub.
İdman.Biz xəbər verir ki, son yarış günündə Azərbaycan təmsilçisi Nihad Xudoyev fərdi ötüşmə növündə çıxış edib.
Velosipedçimiz 8,5 kilometr məsafəni 12 dəqiqə 23,09 saniyəyə qət edib. Bu nəticə ilə Xudoyev 39 iştirakçı arasında 34-cü yeri tutub.
