Gədəbəydə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib - FOTO

5 Noyabr 2026 22:25
24
Gədəbəydə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib

Gədəbəy rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə veloyürüş təşkil olunub.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, yürüş Söyüdlü kəndindən başlayaraq Şəhidlər xiyabanına qədər davam edib.

Tədbirdə əksəriyyəti gənclərdən ibarət 50-yə yaxın şəxs iştirak edib.

Veloyürüşün keçirilməsində məqsəd Zəfər Gününün əhəmiyyətini gənc nəslə aşılamaq, vətənpərvərlik ruhunu gücləndirmək və velosiped idmanını təbliğ etmək olub.

İdman.Biz