Gədəbəydə Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib - FOTO

6 Noyabr 2026 10:45
54
Gədəbəydə Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib - FOTO

Gədəbəy rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş veloyürüş təşkil edilib.

İdman.Biz xəbər verir ki, tədbir Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə baş tutub.

Veloyürüşdə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin əməkdaşları, şəhər və Söyüdlü kənd qruplarının idmançıları, həmçinin Gənclər və İdman Sektorunun əməkdaşları iştirak ediblər.

Tədbirin əsas məqsədi Zəfər Gününün mahiyyətini gənc nəslə aşılamaq, vətənpərvərlik ruhunu yüksəltmək və velosiped idmanını təbliğ etmək olub.

İdman.Biz