Nihad Xudoyev Dakar-2026-da yenidən starta çıxacaq

10 Noyabr 2026 01:11
25
Nihad Xudoyev Dakar-2026-da yenidən starta çıxacaq

Azərbaycanın şose velosipedçisi Nihad Xudoyev Seneqalın paytaxtı Dakarda keçirilən yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında növbəti yarışına qatılacaq.

İdman.Biz xəbər verir ki, təmsilçimiz noyabrın 10-da fərdi ötüşmə növündə qüvvəsini sınayacaq. Yarış Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Xatırladaq ki, Xudoyev daha əvvəl 76,5 km məsafəyə qrup yarışında iştirak edib. Velosipedçimiz finişə çata bilməyərək mübarizəni vaxtından əvvəl başa vurub.

İdman.Biz