UCI-nin Monreal Konqresində Azərbaycanı Fikrət Hüseynov təmsil edib - FOTO

26 Sentyabr 2026 20:55
99
UCI-nin Monreal Konqresində Azərbaycanı Fikrət Hüseynov təmsil edib

Kanadanın Monreal şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 195-ci Konqresi keçirilib.

İdman.Biz xəbər verir ki, 117 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbirdə velosiped idmanının inkişafı, beynəlxalq yarışların təşkili və gələcək perspektivlərlə bağlı məsələlər müzakirə olunub.

Konqres çərçivəsində 2027-2034-cü illərdə bir sıra dünya çempionatlarının keçiriləcəyi şəhərlər də təqdim edilib.

Azərbaycanı tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib.

İdman.Biz