Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) 2026-cı il üçün təsdiq edilmiş təqvim planına əsasən, dağ velosipedi (MTB) üzrə ölkə kubokunun üçüncü mərhələsi keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) məlumat yayıb.
Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.
Elit, U-23 və gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamal İsmayılov ikinci, Kənan Eyvazov isə üçüncü yeri tutub.
U-17 kateqoriyasında Əli Zeynalzadə, Toğrul Məmmədli və Kənan Eyvazov (hamısı ROEQİUGVM) müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
U-15 yaş kateqoriyasında da ROEQİUGVM idmançıları hamıdan güclü olublar. Məhəmmədəli Ağazadə qızıl, Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala layiq görülüb.
