Pol Manye “Ciro d'Italia”nın ilk mərhələsinin qalibi olub

8 May 2026 19:51
139
Pol Manye “Ciro d'Italia”nın ilk mərhələsinin qalibi olub

Bolqarıstanda keçirilən “Ciro d'Italia” yarışının birinci mərhələsində fransız velosipedçi Pol Manye qalib gəlib. O, 147 km məsafəni 3 saat 21 dəqiqə 8 saniyəyə qət edib.

İdman.Biz xəbər verir ki, danimarkalı Tobias Lund Andresen ikinci olub, ABŞ-dan Etan Vernon isə ilk üçlüyü tamamlayıb. Finişə 700 metr qalmış kütləvi toqquşma baş verib.

“Ciro d'Italia” yarışı 109-cu dəfə keçirilir. 8-31 may tarixlərində keçiriləcək. Birinci mərhələ Bolqarıstanın Nesebar şəhərində başlayıb və Burqasda başa çatıb. Növbəti iki mərhələ də Burqasda keçiriləcək. İştirakçılar 21 mərhələdə ümumilikdə 3459 km məsafə qət edəcəklər.

İdman.Biz