“Bakı-Xankəndi” veloyarışının ilk mərhələsi başa çatdı - YENİLƏNİB + FOTO/VİDEO

10 May 2026 14:19
1 028
“Bakı-Xankəndi” veloyarışının ilk mərhələsi başa çatdı - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanda start verilən “Bakı-Xankəndi” veloyürüşünün ilk mərhələsi başa çatıb.

İdman.Biz xəbər verir ki, ilk mərhələ “Sea Breeze”dən başlayıb və Sumqayıtda başa çatıb. Mərhələnin qalibi Çinin “Li-ning star” komandasını təmsil edən belaruslu Aleksey Şnirko olub.

O, finişə 3 saat 30 dəqiqə 02 saniyəyə çatıb. Rusiyalı Qleb Siritsa “XDS Astana Team”in heyətində ikinci, belçikalı Timoti Düpon isə “Tarteletto – Isorex” komandasında üçüncü olub.

İlk onluq belə formalaşıb:

Beynəlxalq “Bakı – Xankəndi” veloyürüşü
Birinci mərhələ
Bakı – Sumqayıt, 160,2 km

1. Aleksey Şnirko (Belarus, “Li Ning Star”) – 3:30:02
2. Qleb Siritsa (Rusiya, “XDS Astana Team”)
3. Timoti Düpon (Belçika, “Tarteletto – Isorex”)
4. Filippo Çettolin (İtaliya, “Bardiani CSF 7 Saber”)
5. Kristian David Pita (Ekvador, “Roojai Insurance Winspace”)
6. Tilen Finkşt (Sloveniya, “Solution Tech NIPPO Rali”)
7. Marko Manenti (İtaliya, “Bardiani CSF 7 Saber”)
8. Sander İnion (Belçika, “Madar Pro Cycling Team”)
9. İniqo Eloseqi (İspaniya, “Equipo Kern Pharma”)
10. Yevgeni Fedorov (Qazaxıstan, “XDS Astana Team”)

Qeyd edək ki, beş mərhələdən ibarət veloyürüş 14 mayda Xankəndidə başa çatacaq.

09:45

Bu gün “Bakı-Xankəndi” beynəlxalq veloyarışına start verilib.

İdman.Biz xəbər verir ki, yarış beş mərhələdən ibarət olacaq.

Birinci mərhələ Sea Breeze-dən start götürəcək. Bundan sonra iştirakçılar Bakının görməli yerlərindən keçərək Sumqayıtda finişə çatacaqlar. Mərhələnin uzunluğu 158,7 kilometr təşkil edir.

09:12

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışı bu gün başlayır.

İdman.Biz xəbər verir ki, turnir beş mərhələdən ibarət olacaq.

İlk mərhələ “Sea Breeze”dən start götürəcək və Sumqayıtda başa çatacaq.

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışı

10 may

I mərhələ: “Sea Breeze”dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)

11 may

II mərhələ: Bakı - Şamaxı - İsmayıllı (193,2 kilometr)

12 may

III mərhələ: Qəbələ - Oğuz - Şəki - Mingəçevir (163,3 kilometr)

13 may

IV mərhələ: Gəncə - Göygöl - Goranboy - Suqovuşan - Talış - Naftalan (152,7 kilometr)

14 may

V mərhələ: Tərtər - Ağdam - Füzuli - Şuşa - Xankəndi (181,3 kilometr).

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Araz Xəlilli

İdman.Biz