Dünya çempionu həyat yoldaşını öldürməkdə şübhəli bilinir

Xəbərlər
31 Dekabr 2023 19:38
Dünya çempionu həyat yoldaşını öldürməkdə şübhəli bilinir

İkiqat dünya çempionu Avstraliya polisi tərəfindən saxlanılıb.

İdman.biz xəbər verir ki, velosepidçi Roan Dennis həyat yoldaşını öldürməkdə şübhəli bilinir.

Melissa Hoskins də peşəkar idmançı olub və velosepid idmanında dünya çempionu titulunu qazanıb. Şənbə günü gecə saatlarında 32 yaşlı Melissa ciddi zədələrlə xəstəxanaya çatdırılıb. Amma Hoskinsin həyatının xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub və onların iki uşağı var idi.

İdman.biz