İsveçrə velosipedçisi Ştefan Kung “Vuelta İspaniya” çoxgünlük yarışının 18-ci mərhələsinin qalibi olub.
İdman.Biz xəbər verir ki, o, fərdi ötüşmə ilə keçirilən 32,1 kilometrlik məsafəni 35 dəqiqə 22 saniyəyə qət edib.
İkinci nəticəni liderdən 0,03 saniyə geri qalan britaniyalı Kallum Tornli göstərib. İlk üçlüyü Joau Almeyda (Portuqaliya) tamamlayıb – o, qalibdən 0,09 saniyə geri qalıb.
İspaniyalı Enrik Mas 60:45.58 nəticəsi ilə çoxgünlük yarışın ümumi təsnifatına başçılıq edir.
Qeyd edək ki, İdmançılar El-Puerto-de-Santa-Mariyadan Xeres-de-la-Fronteraya hərəkət ediblər.
2026-cı il “Vuelta İspaniya”sının proqramına 21 mərhələ daxildir. Velosiped yarışları avqustun 22-dən sentyabrın 13-dək keçirilir. Marşrutun ümumi uzunluğu təxminən 3275 kilometr təşkil edir.
