Dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarış 6 sentyabr, saat 10:00-da Veloparkda təşkil olunacaq.
Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
