Azərbaycanda şose velosipedi üzrə çoxgünlük Ölkə Kuboku uğurla yekunlaşıb.
İdman.Biz xəbər verir ki, yarış çərçivəsində müxtəlif yaş kateqoriyalarında idmançılar fərdi ötüşmə, kriterium və qrup ötüşməsi növlərində mübarizə aparıblar.
Qızlar (2011-2014) yaş qrupunda fərdi ötüşmə yarışında Elenika Vəlizadə birinci olub. Suvar İsayeva ikinci, Amina Cəfərova isə üçüncü yeri tutub.
Qızlar (2008-2009) kateqoriyasında Məryəm Hüseynova qızıl medal qazanıb. Nəzrin İsbəndiyarova yarışı ikinci, Sevinc Sultanzadə isə üçüncü pillədə başa vurub.
Yeniyetmə oğlanlar (2012-2014) arasında Abdurrəhman Rəfiyev qalib adını qazanıb. Emil Abbasov ikinci, İsmayıl Xankişiyev isə üçüncü olub.
2010-2011 təvəllüdlü yeniyetmələrdə Raul Mahmudov birinci, Cavid Baxşıyev ikinci, Emil Vaxrameyev üçüncü yeri tutub.
Gənc oğlanlar (2008-2009) yarışında Rəhim Nağıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Rzazadə ikinci, Murad Nadirov üçüncü olub.
Elit-U-23 kişilərin kriterium yarışında Musa Mikayılzadə qalib gəlib. Tural İsrafilov ikinci, Nofəl Nuriyev isə üçüncü olub.
Digər yaş qruplarında da maraqlı mübarizə qeydə alınıb. Gənc oğlanların kriterium yarışında Çingiz İsayev, yeniyetmələrdə (2010-2011) Nihad Əkbərov, (2012-2014) isə Rəvan Əmirli qələbə qazanıb. Qızların kriteriumunda isə müxtəlif yaş qruplarında Nəzrin İsbəndiyarova və Suvar İsayeva fərqləniblər.
Qrup ötüşməsi yarışlarında da qaliblər müəyyənləşib. Elit-U-23 kateqoriyasında Musa Mikayılzadə birinci olub. Gənc oğlanlarda Nihad Xudoyev, yeniyetmələrdə isə müxtəlif yaş qruplarında Cavid Baxşıyev və Əbdürrəhman Rəfiyev qalib adını qazanıblar. Qızların yarışlarında isə Ceyla Həşimova və Suvar İsayeva birincilik əldə ediblər.
Beləliklə, çoxgünlük Ölkə Kuboku gərgin və maraqlı mübarizə şəraitində başa çatıb, gələcək vəd edən velosipedçilər öz bacarıqlarını nümayiş etdiriblər.
