Eltac Səfərli Portuqaliyada liderliyi əldən verib

Xəbərlər
27 Noyabr 2023 10:38
129
Eltac Səfərli Portuqaliyada liderliyi əldən verib

Portuqaliyanın Fiqeyra-da-Foş şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

İdman.biz xəbər verir ki, yarışın VII turunda Azərbaycan şahmatçısı Eltac Səfərli norveçli Semyon Mitusovla qarşılaşıb.

Görüş heç-heçə ilə yekunlaşıb. Xal itkisi qrossmeysterimizi liderlikdən məhrum edib. Aktivində 5,5 xalı olan şahmatçımız kubalı Karlos Albernosdan yarım xal geri düşüb və ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışın sonuna iki tur qalıb.

İdman.biz