Dünya çempionu olan azərbaycanlı şahmatçı Aşqabadda “ustad dərsi” keçdi - FOTO

19 Avqust 2026 10:45
124
Dünya çempionu olan azərbaycanlı şahmatçı Aşqabadda “ustad dərsi” keçdi - FOTO

Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında dünya çempionu İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda “ustad dərsi” keçib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, “ustad dərsi”ndə İ.Qədimova uşaqlara çempionluq təcrübəsindən danışıb, debüt hazırlığı və turnir psixologiyası mövzularında biliklərini bölüşüb.

O, belə layihələrin gələcək çempionların yetişməsində əhəmiyyətli rol oynadığını bildirib.

İdman.Biz