Fərid Qayıbov FIDE nümayəndə heyəti ilə görüşüb - FOTO

6 Avqust 2026 17:09
104
Fərid Qayıbov FIDE nümayəndə heyəti ilə görüşüb - FOTO

Şahmat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda görüş keçirilib.

İdman.Biz xəbər verir ki, avqustun 6-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycanda şahmatın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə keçirilən və təşkili nəzərdə tutulan beynəlxalq yarışlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin şahmat sahəsində gələcək əməkdaşlığın perspektivlərini və yeni layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

İdman.Biz